“S&P Global Ratings” reytinq agentliyi bu il Azərbaycanın COVID-19 pandemiyası ilə bağlı bəzi dəstəkləyici tədbirlərin davam etdirəcəyini gözləyir.
Bura müəssisələrə dövlət zəmanətlərinin və kreditlərin verilməsi, bəzi vergi güzəştləri və vergi tətillərinin uzadılması daxildir.
“S&P”nin proqnozlarına görə, 2021-ci ildə sözügedən tədbirlərə xərclənəcək vəsaitin məbləği ÜDM-in təxminən 0,8%-nə bərabər olacaq.