10 C
Baku
Friday, December 13, 2024

“S&P DJI” Rusiya və Belarus istiqrazlarını indekslərindən çıxaracaq

Dünyanın ən böyük indeks təminatçısı “S&P Dow Jones Indices” Rusiya və Belarus emitentlərinin istiqrazlarını hesablanmış indekslərdən çıxarmaq qərarına gəlib.

Banker.az “Kommersant”ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

“S&P Dow Jones Indices” 31 Mart 2022-ci ildən sonra Rusiya və Belarus istiqrazlarını ləğv edəcək.

Şirkət ötən həftə Rusiya və Belarus emitentlərinin sanksiyalar və bazara giriş məhdudiyyətləri səbəbindən mümkün xaric edilməsi ilə bağlı bazar iştirakçıları ilə məsləhətləşmələr apardığını bildirib. Qərb ölkələri Ukraynadakı hərbi əməliyyatlara cavab olaraq Rusiya və Belarusa qarşı sərt iqtisadi sanksiyalar tətbiq edib.

Həmçinin martın 5-də “S&P Dow Jones Indices” Rusiya şirkətlərinin səhmlərini indekslərindən çıxarıb.

Son xəbərlər
Digər xəbərlər