2 C
Baku
Sunday, December 15, 2024
Home İqtisadiyyat Ümumi iqtisadi xəbərlər “S&P” hökumətin “Azərenerji” ilə bağlı strategiyasını təhlil edir

“S&P” hökumətin “Azərenerji” ilə bağlı strategiyasını təhlil edir

0
“S&P” hökumətin “Azərenerji” ilə bağlı strategiyasını təhlil edir

“S&P Global Ratings” Azərbaycan hökumətinin “Azərenerji” ilə bağlı dövlət strategiyasını, şirkətin göstəricilərini və planlarını təhlil edir. Bu barədə agentliyin məlumatında deyilir.

“S&P Global Ratings” bildirib ki, Azərbaycanla bağlı yeni reytinq hərəkəti “Azərenerji” ASC-nin kredit reytinqlərinə (ВВ/Neqativ/В), eləcə də onların dəyişməsi ilə bağlı proqnoza bilavasitə təsir göstərmir.

“Hazırda biz “Azərenerji” ilə bağlı dövlət strategiyasını, həmçinin şirkətin göstəricilərini və planlarını təhlil edirik. Biz “Azərenerji”nin kredit reytinqinin qısa əsaslandırılmasını gələn ay dərc etməyi planlaşdırırıq”, – deyə məlumatda qeyd olunur.

S&P qeyd edir ki, “Azərenerji” dövlətlə bağlı təşkilatdır və ona dövlət dəstəyinin göstərilmə ehtimalı böyükdür ki, bu da şirkətin borcu üzrə dövlət zəmanətinin olması və keçmişdə bu cür dəstəyin göstərilməsi təcrübəsinin olması ilə şərtlənib. “Eyni zamanda, biz “Azərenerji”nin reytinqlərini Azərbaycanın reytinqlərinə bərabər tutmuruq və şirkətin uzunmüddətli reytinqi əvvəlki kimi uzunmüddətli suveren reytinqdən bir pillə aşağıdır. Biz Azərbaycanın və “Azərenerji”nin kredit ödəmə qabiliyyəti arasındakı fərqin böyük olduğunu qeyd edirik”, – deyə məlumatda vurğulanır.

standard and poors SP
Standard & Poor’s-un binasının Nyu-Yorkun maliyyə küçəsində görnüşü

Agentlik qeyd edir ki, hökumət borc öhdəlikləri üzrə cari ödənişlər üçün “Azərenerji”yə maliyyə vəsaiti ayırsa da, şirkətin uzunmüddətli perspektivdə maliyyə vəziyyətinin yaxşılaşmasına yönəlmiş strategiya yoxdur. “Əgər şirkətə öz resursları hesabına borc öhdəlikləri üzrə ödəniş etməyə imkan verən tədbirlər görülməsə və biz uzunmüddətli perspektivdə şirkətin borclarının ödənilməsi üçün hökumətin tələb olunan maliyyə vəsaitini tam həcmdə ayırmağa hazırlıq səviyyəsinin aşağı düşməsi qənaətinə gəlsək, hətta suveren reytinqdə hər hansı dəyişiklik olmadığı halda belə “Azərenerji”nin reytinqləri təzyiq altında ola bilər.