6 C
Baku
Monday, December 16, 2024

“S&P”: “PAŞA Bank” dövlətdən zəruri dəstək ala bilər

“Standard & Poor’s” (“S&P”) beynəlxalq reytinq agentliyi “PAŞA Bank” ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinqini “BB-/B” səviyyəsində təsdiqləyib. Bu barədə “S&P”-nin yaydığı məlumatda deyilir.

Reytinq üzrə proqnoz neqativdir.

Agentlik bildirir ki, “PAŞA Bank” hələ də bazarda yaxşı mövqeyə və iri kapital ehtiyatına malikdir: “Bu bank ümumilikdə sektor üçün mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən zərurət yarandığı halda, “PAŞA Bank” dövlətdən fövqəladə yardım ala bilər. Reytinqə neqativ təsir göstərən amillərdən biri odur ki, bankın kredit portfelinin zərərliliyi artıb. Bundan başqa, problemli kreditlərin gələcək taleyi sual altındadır”.

“S&P” bildirir ki, yaxın 12 ay ərzində bankın aktivlərinin keyfiyyəti pisləşərsə, reytinq daha da aşağı salına bilər.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər