“S&P Global Ratings” (“S&P”) reytinq agentliyi 2020-ci ilin sonuna qlobal borcun (dövlət borcu, qeyri-dövlət borcu, ev təsərrüfatlarının borcu) 201 trln. ABŞ dolları və ya ÜDM-in 267%-ni səviyyəsində qiymətləndirir.
Bu göstəricinin 2021-ci ilin sonuna qlobal ÜDM-in 258%-nə enəcəyi gözlənilir. Agentliyin uzunmüddətli proqnozlarına əsasən, bu göstərici 2022-2023-cü illərdə ÜDM-in 255-256%-nə qədər enəcək. Bildirilir ki, sözügedən proqnozların həyata keçməsi dünya əhalisinin vaksinasiyasından, kreditlərin əlçatanlığından və bazarda tələbin bərpasından asılı olacaq.
Qeyd edək ki, “S&P”ə görə, ən yüksək borclanmanı Asiya-Sakit Okean regionunda (2020-ci ildə ÜDM-in 288%-i, 2021-ci ildə ÜDM-in 273%-i), ən aşağı borclanmanı isə Latın Amerikasında (2020-ci ildə ÜDM-in 156%, 2021-ci ildə ÜDM-in 154%-i) proqnozlaşdırır. Agentlik Azərbaycanında daxil olduğu inkişaf etməkdə olan ölkələrin borcunun 2020-ci ildə ÜDM-in 232%-i səviyyəsində, 2021-ci ildə isə ÜDM-in 221%-nə bərabər olacağını güman edir.