“S&P Global Ratings” (S&P) beynəlxalq kredit reytinq agentliyi Rusiyanın dövlət bankı olan “Bank VTB”nin emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqlərini (IDR) “VVV-“dan “VV+”a endirib.
Bankın reytinqlərinin daha da azalması ehtimalı ilə reytinqlər “CreditWatch” siyahısına əlavə olunub. Bundan əlavə, S&P bankın ABŞ dollarında olan üstün hüquqa malik təminatsız borc reytinqini də “VVV-“dan “VV+”a qədər pisləşdirib.
Qeyd edək ki, S&P bankın reytinqlərini dayandıraraq “reytinq təyin edilməyib” (NR) statusuna keçirib. Bunun səbəbi kimi, agentlik bankın Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən xüsusi təyinatlı vətəndaşların və bloklanmış şəxslərin siyahısına daxil edilməsini göstərir.