İlon Maska məxsus aerokosmik şirkət “SpaceX” iyunun 12-də ilkin ictimai səhm təklifini (IPO) keçirməyi planlaşdırır. Bu barədə “The Wall Street Journal” yazır.
Bu, tarixdə ən böyük IPO ola bilər, çünki şirkət ən azı 80 milyard dollar cəlb etməyi hədəfləyir. Əvvəlki rekord 2019-cu ildə “Saudi Aramco” tərəfindən müəyyən edilmiş 29 milyard dollar olub.
Nəşrin qeyd etdiyi kimi, əgər “SpaceX” həqiqətən 12 iyunda açıq bazara çıxmağı planlaşdırırsa, yaxın günlərdə emissiya prospektini dərc etməlidir.
Mənbələrin məlumatına görə, “SpaceX” IPO üçün Nasdaq birjasını seçib. Şirkətin səhmlərinin SPCX tikeri altında ticarət olunacağı gözlənilir.







