17 C
Baku
Tuesday, October 21, 2025

“SpaceX” öz kripto cüzdanından $270 milyonluq bitkoin çıxarıb

İlon Maskın sahib olduğu “SpaceX” şirkəti təxminən 2,5 min bitkoini (270 milyon dollar) yeni ünvanlara köçürüb. Üç ay əvvəl şirkət buna bənzər miqdarda BTC transferi həyata keçirmişdi, bundan əvvəl isə bu kriptovalyutalar həmin pul kisəsində üç il ərzində toxunulmadan qalmışdı.

“Arkham” platforması tərəfindən izlənən əsas pul kisəsində isə 5,79 min BTC (625 milyon dollar) qalıb.

Ekspertlərin fikrincə, “SpaceX” balansında ən çox bitkoin saxlayan iri özəl şirkətlərdən biridir. Şirkət ictimai (public) olmadığı üçün onun maliyyə hesabatları açıq deyil. Şirkətin kripto aktivləri haqqında məlumatlar “Arkham” analitika platformasının təhlillərinə əsaslanır.

Bugünkü çıxarışa baxmayaraq, “SpaceX” hələ də özəl şirkətlər arasında bitkoin həcminə görə dördüncü yerdədir, yalnız “BlockOne” (EOS-un yaradıcısı və tarixdəki ən böyük ICO-nun təşkilatçısı) və “Tether” (USDT stabilkoininin emitenti) kimi şirkətlərə uduzur.

Son xəbərlər
Digər xəbərlər