26 C
Baku
Saturday, July 27, 2024

“Spark” Gilan Holdinq-dən aldığı şirkətin özünə birləşdirir, fəaliyyətinə xitam verir

Azərbaycanda tikinti sahəsində uzun müddətdir fəaliyyətdə olan tikinti şirkəti “SPARK” MMC yeni satın aldığı şirkəti özünə birləşdirir.

Banker.az-a bu barədə rəsmi mənbədən məlumat daxil olub. Şirkət bununla bağlı artıq elan verib.

Belə ki, “Gilan Holding” MMC-dən satın alınan və adı dəyişdirilən Qəbələdəki beton zavodu “Spark Qəbələ Beton” MMC (VÖEN: 4400427411) fəaliyyətinə xitam verib.

Törəmə şirkət ana şirkət sayılan “SPARK” MMC-yə (VÖEN: 1500207861) qoşulduğunu və “SPARK” MMC “Spark Qəbələ Beton” MMC ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Qeyd edək ki, bu “Spark Qəbələ Beton” şirkət 2022-ci ilə qədər “Gilan Holding” MMC-nin strukturunda idi və şirkət “Gilan Qəbələ Beton” MMC kimi adlandırılırdı.

Yanvar ayında Banker.az-a şirkətdən beton-zavodun “SPARK” tərəfindən satın alındığını bildirilmişdi.

Banker.az-ın əldə etdiyi daha bir məlumata görə “SPARK” həmçinin “Gilan Beton” MMC şirkətini də satın alıb.

Son xəbərlər
Digər xəbərlər