14 C
Baku
Wednesday, April 24, 2024

Sponsor, tele-yayım və reklamdan gəlir. Klub tarixinin ən böyük gəlirini əldə edib

Almaniyanın “Bavariya” futbol klubu (Bayern) ötənilki, yəni, 2018/19 mövsümünün yekun hesabatını açıqlayıb. Münhen təmsilçisi rekord məbləğdə qazanc əldə edib.

Mövsüm ərzində klubun dövriyyəsi 750,5 milyon avro təşkil edib. Bu da klub tarixinin yeni ən yüksək rəqəm olması deməkdir. Rəqəmin bu həddə çatması bahalı sponsor müqavilələri, teleyayım və ev matçlarındakı gəlir sayəsində mümkün olub.

“Bavariya”nın təmiz qazancı isə 52,5 milyon avroya bərabərdir. Bir il əvvəlki ilə müqayisədə rəqəm 78 faiz artıb.

“Bavariya” ötən mövsüm Almaniya Bundesliqasını qazanan futbol klubudur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər