9 C
Baku
Thursday, December 12, 2024

“Spotify” Rusiyadakı ofisini bağlayır

Striminq platforması “Spotify” Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyadakı nümayəndəliyini bağlamaq qərarına gəlib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, Rusiya sakinləri xidmətdən istifadə etməyə davam edəcəklər. Hələki “Spotify” Rusiya ərazisində fəaliyyətini davam etdirir.

Xatırladaq ki, “Spotify” xidməti 2006-cı ildə işə salınıb. O, musiqi, audiokitab və podkastlara qulaq asmaq üçün nəzərdə tutulub. Rus istifadəçiləri üçün xidmət 2020-ci ildə istifadəyə verilib.

Son xəbərlər
Digər xəbərlər