13 C
Baku
Sunday, September 29, 2024

Şpris deyib keçməyin – Zavodun sahibləri üç ilə ₼5.7 mln. dividend əldə ediblər

Pirallahı Sənaye Parkının rezidenti, şpris istehsalçısı “Diamed CO” MMC 2022-ci ili də növbəti xalis mənfəət açıqladı və şirkət sahibləri hər il bu bizneslərindən bəhrələ bilməkdədir.

Banker.az “Diamed CO”nun illik audit hesabatına istinadən xəbər verir ki, şpris istehsalçısı 2020-ci ildə 1 mln. 91 min manat, 2021-ci ili 2 mln. 411 min manat və 2022-ci ili isə 2 mln. 177 min manat xalis mənfəət əldə etdi.

2020-2022-ci illər ərzində cəmi 5 mln. 679 min manat həcmində xalis mənfəət əldə edib.

Yeri gəlmişkən, hökumətin sənaye parklarının rezidentlərinə vergi güzəşti edir. Bu güzəştlər 2021-ci il və 2026-cı ili əhatə edir. Məsələn, normal halda şirkətlər il üzrə mənfəətindən (gəlir) vergisindən dövlətə 20% vergi ödəməli olduğu halda, bu şirkətlər bu öhdəlikdən azaddır.

Beləliklə, “Diamed CO” təqribən 1 milyon 136 min manatlıq mənfəət vergisi xərcində qənaət etmiş olur.

Şirkət sahiblərinə bu üç il ərzində müvafiq olaraq 1 mln. 91 min manat, 1 54 min manat və 3 mln. 561 min manat həcmində dividendlər ayırıb. Bu, cəmi 5 mln. 706 min manatlıq 3 ilə dividend ayrılmasıdır. Bu dividendlərdən yalnız 950 min manatı payçılara ödənməyib.

Tibb məhsulları istehsalçısının sahibləri isə onu təsis edəndə müəsisəyə 9 519 934 manat nizamnamə kapitalı yatırıblar.

Xatırladaq ki, “Diamed Co” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb, 9 519 934 manat nizamnamə kapitalı var. Müəssisədə İsveçrə, Almaniya, Yaponiya və qabaqcıl Avropa ölkələrinin texnologiyaları əsasında müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı həyata keçirilir. Zavod 50 işçiyə sahibdir və illik istehsal gücü 150 milyon ədəddir.

Son xəbərlər
Digər xəbərlər