10 C
Baku
Wednesday, December 11, 2024

Şri-Lanka prezidenti rəsmi şəkildə istefa verməyib

Şri-Lanka parlamentinin spikeri Yapa Abeivardena bildirib ki, prezident Qotabai Racapaskanın istefa ərizəsi parlamentə daxil olmayıb.

Bu barədə News First portalı məlumat yayıb.

Spiker xatırladıb ki, dövlət başçısı 13 iyulda istefa verəcəyini bəyan etmişdi.

Qeyd edək ki, bir-neçə gün əvvəl etiraz aksiyalarına görə Şri-Lanka prezidenti paytaxt Kolombodan uzaqlaşmışdı. Sonradan onun Maldiv adalarına getdiyi məlum olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər