13 C
Baku
Wednesday, May 8, 2024

Şri-Lankada Seylon çayının istehsalı kəskin azalıb

Şri-Lankada Seylon çayı istehsalı 1996-cı ildən bəri ən aşağı səviyyəyə düşüb.

Məlumata görə, 2022-ci ilin sentyabrında istehsal keçən illə müqayisədə fiziki ifadədə 7.8% azalıb.

Eyni zamanda, milli valyutanın dəyər ifadəsində ucuzlşması ilə əlaqədar həmin dövrdə azalma 18% təşkil edib.

Bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında ümumi istehsal ötən ilin müvafiq dövründəki 234.72 milyon kiloqramdan 192.37 milyon kiloqrama düşüb. Bu, 1996-cı ildən bəri nəzərdən keçirilən dövr üçün ən aşağı göstərici olub.

Çayçıların dediklərinə görə, çay istehsalının azalmasının əsas səbəbi 2021-ci ildə valyuta ehtiyatlarına qənaət etmək üçün hökumətin aqrokimyəvi vasitələrdən istifadədən imtina etmək cəhdidir.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər