Gürcüstanın Milli Dövlət Mülkiyyəti Agentliyi 5 kurort-sanatoriya zonasını satışa çıxarıb.
Agentlik özəlləşdirmənin səbəbinin həmin zonalarda yeni hotel tikilməsinə təşviq etmək olduğunu bildirib.
Zonalar arasında Stalinin villasının da olduğu qeyd olunub. Villanın ilkin satış qiyməti açıqlanmasa da, 5 sanatoriyanın ümumi satış məbləğinin 21 milyon lari olduğu açıqlanıb.
Qiymətlərin tələbə uyğun olaraq dəyişə biləcəyi də istisna edilməyib.
ONA