9 C
Baku
Thursday, December 12, 2024

“Standard Insurance” sığorta şirkətinin əmlakları satışa çıxarılıb

Mayın 27-də ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən hərrac keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə şirkətin ləğvetmə komissiyasından bildirilib. Məlumata görə, “Standard Insurance”yə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil yenidən satışa çıxarılır. Əmlakların təkrar hərrac qiyməti 875 min manat müəyyən edilib. Qeyd edək ki, ilk hərracda əmlaklar 2 milyon manata təklif edilmişdi.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər