-1 C
Baku
Sunday, December 15, 2024

“Standard Insurance”ın 1.8 milyon manatlıq əmlakı hərraca çıxarıldı

Ləğv prosesində olan “Standard Insurance”  Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil satışa çıxarılacaqdır.

Hərrac “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 7 iyun 2021-ci il tarixdə saat  11:00-da Bakı şəhəri, Səbail rayonu Ə.Cavid küc.,ev 15 mən 1 ünvanda keçiriləcəkdir. Hərraca çıxarılan predmetin satış qiyməti: 1 800 000 (bir milyon səkkiz yüz min)  manat, iştirak haqqının məbləği: 500 (beş yüz) manat, Behin məbləği: 18 000 (on səkkiz min) manatdır.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:

Daşınmaz əmlak növü Ünvanı Ümumi sahəsi  Satış qiyməti

AZN

İştirak haqqı

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 56.6 м² 1 800 000 500 18 000
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 46.5м²
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 52.7 м²
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 114.7 м²

 

ASC “Standard Insurance”  Sığorta Şirkətinin Ləgvetmə komissiyası bildirilir ki, 7 iyun 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulan hərrac satışı sayca üçüncüdür.  Birinci və ikinci hərrac satışları müvafiq sayda iştirakçı olmadığı üçün baş tutmamışdır.  Bu səbəbdən  hərrac qaydalarına uyğun olaraq  əmlakın ilkin satış qiyməti (2 000 000 manat) 10 % azaldılaraq üçüncü hərracda  1 800 000 (bir milyon səkkiz yüz min)  manat müəyyən edilir.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linklərdən  əldə etmək münkündür:

https://tap.az/elanlar/dasinmaz-emlak/obyektler-ve-ofisler/25336904

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir  və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər