Beynəlxalq reytinq agentliyi Standard & Poor’s Azərbaycanın ən iri banklarından biri olan “PAŞA Bank”ın reytinqini – uzunmüddətli “BB-” və qısamüddətli “B” səviyyəsində, “stabil” proqnozu ilə bir daha təsdiqləmişdir.
Bu Azərbaycanın 100% yerli kapitala malik olan özəl bankları arasında ən yüksək və ümumiyyətlə Azərbaycanın özəl bankları arasında ikinci üstün reytinqdir.
Xatırladaq ki, reytinq agentliyi “PAŞA Bank”ın reytinqini öncə, 2012-ci ilin sentyabr ayında müəyyənləşdirmiş və 2013-cü ilin dekabr ayında təsdiqlənmişdir.