“Standard & Poor’s” beynəlxalq reytinq agentliyi İtaliyanın kredit reytinqi üzrə proqnozunu yeniləyib.
Agentlik İtaliyanın kredit reytinqini “BBB/A-2” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozunu isə “müsbət”dən “stabil”ə dəyişib. Buna səbəb kimi İtaliyanın Baş naziri Mario Draqinin istefası və sentyabrın 25-də keçiriləcək növbədənkənar seçkilər fonunda ölkədəki siyasi qeyri-müəyyənlik göstərilib.
Açıqlamada sabit proqnozun İtaliya iqtisadiyyatı və dövlət maliyyəsi üçün riskləri əks etdirdiyi bildirilib.