6 C
Baku
Sunday, December 15, 2024

“Standard & Poor’s” növbəti dəfə “PAŞA Bank”ın yüksək reytinqini təsdiqləyib

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”ın fəaliyyəti beynəlxalq ekspertlər icması tərəfindən növbəti dəfə yüksək qiymətləndirilib.

Belə ki,  “Standard & Poor’s” Beynəlxalq Reytinq Agentliyi Bankın kredit reytinqini açıqlayıb. Qiymətləndirməyə əsasən “PAŞA Bank”ın uzunmüddətli kredit reytinqi “B+”, qısamüddətli reytinqi isə “b+” səviyyəsində təsdiq olunub. Reytinq üzrə proqnoz isə “sabit” olaraq saxlanılıb.

“PAŞA Bank”ın güclü biznes mövqeyi, böyük likvidlik ehtiyatları və yüksək gəlirliliyi “Standard & Poor’s” Beynəlxalq Reytinq Agentliyi tərəfindən yüksək reytinq və sabit proqnozla qiymətləndirilmənin əsas təminatçısı olub.

Qeyd edək ki, bu reytinq Azərbaycan bankları arasında ən yüksək reytinqlərdən biridir.

Son xəbərlər
Digər xəbərlər