8 C
Baku
Thursday, March 28, 2024

“Standard Sığorta”nın rəhbərliyinə bir neçə təyinat olub

“AB Standard” holdinqinin Azərbaycan maliyyə bazarında qalan yeganə maliyyə qurumu olan “Standard Sığorta” ASC (Standard Insurance) sığorta şirkətinin rəhbərliyində  bir sıra yeni təyinatlar gerçəkləşib.

Banker.az-ın xəbərinə görə, Standard Insurance-nin İdarə Heyəti müavini olan Tural Əsgərov İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

Oxşar yazı: Sığorta bazarında əhəmiyyətli paya sahib fiziki şəxslər kimlərdir? (SİYAHI)

Bundan başqa menecementin digər iştirakçıları olan İnsan Resursları Departamenti direktor vəzifəsində Nəzakət Əliyevanın yerinə Rəşid Qafarov, Korporativ satış departamenti direktor vəzifəsində Rövşən Əsgərovun yerinə Anar Xələfov təyin edilib.

Digər vəzifədə isə departament direktoru olan Abbas Misgərlinin adı yeni siyahıda yer almayıb.

Son xəbərlər
Digər xəbərlər