18 C
Baku
Tuesday, April 23, 2024

Sığorta bazarında əhəmiyyətli paya sahib fiziki şəxslər kimlərdir? (SİYAHI)

“Banker.az” bu dəfə Azərbaycanda sığorta bazarına ən böyük yatırımlar edən və bu bazarda daha mühüm rola malik olan investorların (fiziki şəxslər) siyahısını araşdırıb.

Araşdırma zamanı məlum olub ki, sığorta şirkətlərinə ən böyük yatırım edən fiziki şəxs Hikmət İsmayılovdur. O, ölkədə ikinci ən böyük bank səhmdarı (Bank of Baku və AFB Bank) olmaqla yanaşı sığorta bazarında hətta ən böyüyüdür. H.İsmayılov “Azsığorta” ASC-nin 20,3 mln. manat dəyərində olan səhmlərinin 100%-nə sahibdir. İsmayılov bu göstərici ilə ikinci pillədə qərarlaşan investoru hətta iki dəfə üstələyir. Lakin, investorun adının həm sığorta, həm də bank sektorunundakı qurumların Müşahidə və ya Direktorlar Şurasında rast gəlinmir.

Oxşar yazı – Azərbaycanda ən böyük bank səhmdarı olan fiziki şəxslərin RENKİNQİ

Bazarın ikinci ən böyük investoru “A-Group” Sığorta Şirkətinin 100% səhmlərinin sahibi Sabir Adnayevdir. Onun bu sığorta şirkətindəki səhmlərinin dəyəri 10 mln. manatı ötür. Adnayev, İsmayolovdan fərqli olaraq sığorta şirkətinin rəhbərliyində, yəni, daha dəqiq desək Direktorlar Şurasında sədr kimi də iştirak edir.

Digər 3 və 4-cü yeri isə “Silk Way” aviadaşıyıcı şirkətə yaxın olan “İpək Yolu Sığort” Şirkəti ASC-dir. Bu şirkətdəki investorlar bacı olmaqla yanaşı, sığortaçının səhmlərində eyni paya – 5,72 mln. manat paya malikdirlər. 

342rerfe

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər