STANFORD GSB məzunundan MBA-ya dair 10 məsləhət

Bir çoxları üçün biznes-məktəb – təcrübəli professorların verdiyi vacib dərslərin xəzinəsidir. Nike şirkətində Global Nike Services Lead-in baş meneceri və Graduate School of Business-in məzunu olan Yen MakMilan LinkedIn-də MBA-ya qəbul olmaq istəyən abituriyentlər üçün on məsləhətini bölüşdü.

Stanford-da qazandığım təcrübə həyatımdakı ən zəngin və təsirli təcrübələrdən biridir, – deyə MkMillan LinkedIn-də yazır. – Onu baxışları tamamilə yeni olan bir insan kimi bitirdim. Düşünürəm ki, müxtəlif mənşəli yaşıdlar mənə dəyişmək və böyümək imkanını verdi”.

1. Daha az istehlak edin

MkMillanın sözlərinə görə, danışmağa az, yaradıcılığa isə çox vaxt sərf edən tələbələr dərhal nəzərə çarpırdılar. “Tələbə yoldaşlarım tez-tez ekran qarşısında oturmurdular. Enerjilərini daima müəyyən nəticə gətirən bir şeyə sərf edirdilər”.

Başqa sözlə desək, yemək, yatmaq və medianı izləmək kimi gündəlik işlərə dalmaq əvəzinə, yeni bir şey yaratmağa çalışın.

GSB-nin yaradıcıları gəzintiləri planlaşdırmağa, şirkətlərə ziyarətləri təşkil etməyə, sənət yaratmağa, startaplar açmağa və sosial tədbirlərə çox vaxt ayırırlar.

“Bunun üzərində düşünərək başa düşürəm ki, istehlak çox vaxt boşluq və daha çox şey arzusu hissi yaradır (tətil içkiləri istisna olmaqla, bundan sonra ölmək istəyirəm). Yaradılış bizə məmnunluq və daha çox iş görmək istəyini gətirir”.

2. “Brend”in formalaşması təkcə sizdən asılı deyil

MkMillan əmindir: GSB-nin nümunəvi tələbələri tədbirlərdə özlərinə diqqət yetirmək əvəzinə, başqalarına xidmət göstərirlər.

“Özüm üçün faydalı tərəfdaşlıq əlaqələrini qurmağa çalışmaqdan yoruldum və bütün diqqətimi təcrübəmi başqaları ilə bölüşmək üzərində cəmləşdirdim. Bununla da, qarşıma bir məqsəd qoymuş oldum. İnsanlarla daha dərin və davamlı olan ünsiyyət formalaşdırdım. Və tədbirdə yediyim yeməkləri halallıqla qazandığını hiss etdim”.

3. “Xəyallarınızı özünüz yaradın”

MkMillanın dediyi kimi, biznes-məktəblərin ən yaxşı cəhətlərindən biri – həyatda həqiqətən nəyə nail olmaq istədiyinizi düşünə biləcəyiniz bir mühitdə olmaqdır. Qarşılıqlı yardıma meylli olan mühit sayəsində isə bütün xəyallar gerçəkliyə çevrilə bilər.

“Fikrimi təsvir etmək üçün şəxsi təcrübəmdən nümunə (bizneslə heç bir əlaqəsi olmayan götürək: Mən oynayaraq / ssenari yazaraq / qısametrajlı filmlər çəkərək böyümüşəm, və hər zaman öz komediya şousumu yaratmaq xəyalını qurmuşam. Bu istəyi bölüşdüm və təsadüfən Instagram-da gülməli video çəkən tələbə yoldaşımla tanış oldum. Və o, yazdığım ssenarilərdən komediya serialı üçün istifadə etməyə başladı”.

4. GRE, yoxsa GMAT?

Biznes-məktəbə qəbul olmaq istəyirsiniz, lakin hansı testi seçməli olduğunu hələdə bilmirsiniz? Bu haqda daha çox məlumat öyrənmək üçün sizə bu məqaləni oxumağı tövsiyə edirik.

5. GRE-nin populyarlaşması

Biznes-məktəblərin bir çoxunda artıq təkcə GMAT deyil, eyni zamanda GRE sertifikatları da qəbul edilir. Həqiqətən də, Kaplan Test Prep sorğusuna görə, 156 MBA proqramlarının 93%-i ənənəvi GMAT-a alterativ olaraq GRE testinin nəticələrini qəbul etdiklərini açıqladı.

Bir çox HBS abituriyenti MBA-dan başqa digər proqramları nəzərdən keçirdiyinə görə, GRE sertifikatı olduğu təqdirdə GMAT imtahanını verməyə ehtiyac yoxdur, – deyə Harvard Business School-un tələbə qəbulu və maliyyə dəstəyi rəhbəri Deyrdre Leopold vurğulayır. – Əminəm ki, həm GMAT, həm GRE bizin standartlaşdırılmış tələbələrə uyğun gəlir”.

6. Onlardan hansında riyaziyyat, hansında isə dil əsasdır?

Ekspertlər etiraf edirlər: iki test arasında seçim etsəniz, GMAT-da hesablamalara dair daha çox tapşırıq olduğunu nəzərə alın.

“Beləliklə, riyaziyyata daha meylli olan və bu qabiliyyətini nümayiş etdirmək istəyən tələbələr adətən GMAT imtahanını seçirlər. Buna görə, riyaziyyat sahəsindəki biliklərin qiymətləndirildiyi proqrama qəbul olmağı düşünürsünüzsə, GMAT-a üstünlük verin”, – Nyu-Yorkda konsaltinq şirkətinin nümayəndəsi Den Edmons qeyd edir.

7. Stress

Testdən narahat olanlar üçün GRE imtahanı daha yaxşı seçimdir: burada tapşırıqları yadda saxlamaq və sonra onlara bir daha qayıtmaq mümkündür.

“GRE-də sualdan suala keçmək olur ki, bu da narahatlıq səviyyəsini azaltmağa imkan verir”, – deyə testə hazırlıq mütəxəssisi (GRE Compass və GMAT Compass) Erfan Qeula söyləyir.

Eyni zamanda, nəticələrin təqdim edilməsi prosedurunu da nəzərdən keçirməyə dəyər. Məsələn, GRE-də ScoreSelect imkanı var, yəni tələbə qəbul olmaq istədiyi universitetə yalnız özü seçdiyi qiymətləri göndərə bilər.

The Graduate School-un (Montclair State University) qəbul komissiyasının rəhbəri Brayan Moşel hesab edir ki, “bu xüsusiyyət testdən yaxşı nəticə əldə etməyi bacarmayan potensial abituriyentlər üçün ikinci şans ola bilər”.

8. MBA-abituriyentlərinin sayının azalması sizin xeyrinizə ola bilər

Ekspertlərin fikrincə, namizədlərin sayının azalması hər bir tələbə üçün çox sərfəli ola bilər.

“Bu gün MBA bazarında təklif tələbi üstələyir. Rəqabətin aşağı düşməsi və əksər məktəblərdə qəbul olanların sayca daha çox olması, güclü namizədlər üçün yeni fürsətlər yaradır”, – deyə Find MBA-nın yaradıcısı Çioma İsiadinso vurğulayır.

9. MBA-ya tələbin azalması

Forbes jurnalına görə, bu gün MBA-ya qəbul olmaq istəyənlərin sayı ildən-ilə azalmağa davam edir.

“Dünyanın ən yaxşı biznes-məktəblərində iki ildir ki, abituriyentlərin sayında azalma müşahidə edilir, – deyə Fuqua School of Business-in (Duke University) dekanı Uilyam Boldinq qeyd edir. – İlk onluğa daxil olan bəzi universitetlərdə bu göstəricinin iki dəfə düşdüyünü eşitdim. Bu səbəbdən, vəziyyətin daha da acınacaqlı olacağını düşünürəm”.

Müraciət sayının azalması, öz növbəsində, biznes-məktəblərini abituriyentlərin diqqətini çəkmək üçün əllərindən gələni etməyə sövq etdi.

“Tələbələrin açıq və səmimi olduğumuzu bilməsi üçün daha çox yerli, xarici və virtual tədbirlər keçirtdik. Bundan əlavə, təqaüdlərə daha çox vəsait ayırdıq”, – deyə Fuqua School of Business-in qəbul komissiyasının nümayəndəsi Şeri Qubert bildirir.

10. Karyera nəticələrinin böyüməsi

Abituriyentlərin sayının azalması şirkətlərin MBA təhsili olanlara diqqətini artırdı. Məsələn, Find MBA məlumatlarına görə, bu cür mütəxəssislər üçün orta əmək haqqı $152 503 təşkil edir – rekord bir məbləğ!

“MBA məzunlarının yüksək əmək haqqı almağa davam etməsi onların yüksək dəyərini bir daha təsdiq edir, – deyə İnsandinso söyləyir. – Beləliklə, əgər mənfəət göstəriciləri eyni qalarsa, MBA təhsili yenə sərfəli investisiya olaraq qəbul ediləcək”.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.