15 C
Baku
Saturday, April 20, 2024

GMAT və ya GRE: Biznes məktəbə daxil olmaq üçün hansı imtahanı seçməli?

Educational Testing Service – magistr proqramlarına və ya biznes məktəblərinə daxil olmaq istəyən gənc insanlar üçün nəzərdə tutulan xüsusi GRE imtahanlarının təşkilini tənzimləyən təşkilatdır. Bu yaxınlarda ETS təmsilçiləri öz testlərinə bir sıra yeniliklər daxil ediblər. Onların sözünə əsasən, bu yeniliklər gələcək namizədin qəbul zamanı bilik və bacarıqlarını daha yaxşı qiymətləndirmək imkanı verəcək. Bu isə onu göstərir ki, GRE imtahanları GMAT-a meydan oxumaq qərarı gəlib və mübarizə gərgin olacaq.

Bu faktın sübutu üçün isə onu deyə bilərik ki, ETS-in saytında belə bir elan verilib ki, 450-dən çox akkreditasiya olunmuş MBA proqramları qəbul zamanı GRE imtahanının yeni versiyasının nəticələrini əsas götürəcəklər.

Biznes məktəbə daxil olmaq istəyərkən iki imtahan versiyası arasında necə seçim etməli? Düzgün qərar qəbul etmək üçün bir neçə amillər nəzərə alınmalıdır.

İmtahanın qiyməti

GMAT imtahanının qiyməti təxminən 250 dollar olduğu halda GRE imtahanı sizə 190 dollara başa gələcək. 60 dollar mənfəət heç də əsas fərq meyarı deyil, amma bu gələcəkdə hansı məktəbi oxumağı seçməkdə qərar verməyənlər üçün kifayət qədər tutarlı əsas ola bilər. Ona görə də çox vaxt müəyyən şübhələri olan insanlar GRE imtahanını seçir.

Riyaziyyat

GMAT –imtahanının riyazi hissəsi daha çətindir, ona görə də bu imtahanı adətən sözü gedən fənni yaxşı bilənlər verməyə cəsarət edir. GRE imtahanını verənlərin əksəriyyəti isə «lirik insanlardır» (jurnalistlər, ekoloqlar, rəssamlar, sosioloqlar və s). Çünki bu imtahanı riyazi hissəsi məktəb proqramı səviyyəsində olur.  GRE imtahanının humanitar meylli tələbələr üçün daha bir üstünlüyü odur ki, riyazi hissəsinin nəticələri ilə bağlı tələblər o qədər də sərt deyil. GMAT-da hər şey daha ciddidir: bir diqqətsizlik səhvi və sən artıq yüksək ballardan əlini üzə bilərsən. ona görə də əgər riyaziyyat sizin güclü tərəfiniz deyilsə, GRE-nin xeyrinə seçim ən optimal həll yoludur.

Mətnin verbal (sözlü) hissəsi

İmtahandakı riyaziyyat əsasən çətinlik və qiymətləndirmə xüsusiyyətlərinə görə fərqlənir. Verbal hissəyə gəldikdə isə burdakı fərqlər daha əhəmiyyətli dərəcədədir. Birinci fərq odur ki, GRE-nin sualları əsasən sizin söz ehtiyatınızı yoxlayır.

GMAT-da buna daha loyal yanaşırlar. Bu və ya digər sözün mənası arasındakı fərqi bilmək mütləq deyil. Sözün düzünə qalsa GMAT imtahanı üçün sizə ümumişlək leksikanın sərhədlərini aşacaq qədər söz lüğəti gərək olmayacaq. Burada tapşırıqlar əsasən sizin məntiqinizi yoxlayır, müəyyən mətn parçaları verilir ki, orada qrammatik və  sintaktik səhvləri, uzlaşma pozuntularını tapmaq lazım gəlir. Sentence Correction tapşırıqlarından sizə dərinləşdirilmiş qrammatik biliklər tələb olunacaq.

Biznes Məktəblərin gerçəkləri

Uzun illər ərzində GMAT biznes məktəblər üçün standart hesab olunur. Baxmayaraq ki, biznes məktəblər artıq neçə ildir ki, iddia edirlər ki, hər iki imtahanın nəticələri bərabər səviyyədə nəzərdən keçirilir. Amma yenə də GMAT imtahanını vermiş tələbələri daha böyük həvəslə qəbul edirlər. Amma bu faktları da unutmaq olmaz: Harvard Stenford GRE imtahanının nəticələrini qəbul etməyə başlayan ilk biznes məktəbləri olub. Bundan əlavə bu gün GRE maliyyə, iqtisadiyyat  və menecment üzrə magistr proqramlarına qəbul imtahanları sırasında ilk yerdədir.

Seçim

Gələcəkdə hansı biznes məktəbi seçməkdə əmin olmamaq məsələsinə qayıdaq. əgər siz hələ də hara daxil olmaq ilə bağlı şübhə edirsinizsə GRE imtahanını seçin. Bu imtahan lazım olan biliklərin səviyyəsinə görə daha əsan və qiymət baxımından daha sərfəlidir. İmtahanı seçməkdən öncə bu və ya digər testə hazırlıq səviyyəsini də yoxlamaq olar. Həm GRE, həm də GMAT hər kəsə kompüter vasitəsi ilə pulsuz testlərdən keçmək imkanı yaradır. Bundan sonra seçim nisbətən daha asan olur: hansı testdə daha üstün nəticə göstərmisinizsə, onu da gələcək imtahan üçün seçməyə dəyər. Hər iki sınaq imtahanının sizin üçün üstün və çatışmayan tərəflərini qiymətləndirin və yekun qərarı ondan sonra verin.

Son xəbərlər
Digər xəbərlər