6 C
Baku
Sunday, December 15, 2024

Stansiyalar tikən özəl şirkət ₼32 mln. xalis mənfəət əldə edib, son iki ildə sahibinə ₼69 mln. dividend ödəyib

Azərbaycanda elektrik sənayesində quraşdırma və təmir işləri aparan “Electro Industries” Qapalı Səhmdar Cəmiyyəti 2023-cü il üzrə gəlirləri azalsa da, xalis mənfəəti yüksəlməkdə davam edib.

Banker.az xəbər verir ki, “Electro Industries” QSC 2023-cü ildə 108.3 milyon manat gəlir əldə etməklə 2022-ci ildə qeydə alınan 142.9 mln. manatdan 24 faiz daha zəif nəticədir.

Şirkət əsasən energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, saxlanması və təmirindən gəlir əldə edir.

“Electro Industries”in 2022-ci il üzrə satışlarının maya dəyəri 103.4 mln. manat olduğu halda, 2023-cü ildə 66.9 mln. manata düşüb. Gəlirlərin azalmasına rəğmən daha az maya dəyəri onun 41.2 mln. manat (2022: 39.5 mln. manat) ümumi mənfəət əldə etməsinə səbəb olub. Xərclərin böyük hissəsi, 45.16 manatı xammal üzrə xərclər olub.

Beləliklə, bütün gəlir və xərclər fərqindən sonra hesabat dövründə şirkətin xalis mənfəəti 31.8 milyon manat xalis mənfəət əldə etdiyi məlum olub. Bu da 2022-ci ildə qeydə alınmış 29.9 mln. manatdan 6 faiz yuxarı nəticədir.

“Electro Industries” QSC 2010-cu ildə qapalı səhmdar cəmiyyətlər üçün qanunvericilikdə nəzərdə tutulan minimal tələb olan 2000 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin nizamnamə kapitalının 100%-i bir şəxsə – Ziyad Əliyev Taqif oğluna məxsusdur.

Şirkətin nizamnamə kapitalı 100 səhm (cəmi 200 səhm) ibarətdir və 2023-cü il üzrə hər pay (səhm) mənfəətlilik 318 min manat təşkil edəcək.

Ziyad Əliyev 2023-cü ildə 30.4 mln. manat üzərində “Electro Industries” QSC-dən dividend əldə edib. 2022-ci ildə 39.4 mln. manat dividend ayırmışdı. Bununla belə, 1 yanvar 2024-cü il tarixinə şirkətin kapitalında 30 mln. manat bölüşdürülməmiş mənfəət var.

Xatırladaq ki, şirkət “Azərenerji” ASC üçün də bir sıra xidmətlər həyata keçirir. 2024-cü il üzrə açıqlanan əsasən, Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) enerjisitemə qoşulması üçün 330/33/33 kV-luq yarımstansiyanın tikintisi işlərini aparmaq üçün tender müqaviləsi imzalayıb. Bu müqavilənin ehtimal dəyəri 43 mln. manatdır.

Son xəbərlər
Digər xəbərlər