1 C
Baku
Saturday, December 14, 2024

STAR NEZ-in aldığı mükafat Davosda Mikayıl Cabbarova təqdim olunub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən STAR Neft Emalı Zavodunun Davos Dünya İqtisadi Forumunun “Global Lighthouse” şəbəkəsinə daxil edilməsi ilə bağlı mükafat Azərbaycan nümayəndə heyətinin tərkibində Forumda iştirak edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim olunub.

Banker.az xəbər verir ki, mükafata görə təşəkkürünü bildirən iqtisadiyyat naziri SOCAR-ın ikinci müəssisəsinin bu mükafata layiq görülməsindən qürur duyduğunu ifadə edib. Müşahidə Şurasının sədri deyib ki, SOCAR-ın əsas məqsədi dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, bu dəyişikliklərin önündə getməkdir.

SOCAR-ın milli şirkəti olaraq strategiyasında sosial məsuliyyətə də böyük önəm verdiyini söyləyən nazir şirkətin korporativ strategiyasının Dünya İqtisadi Forumunun və “Global Lighthouse” şəbəkəsinin ideyaları ilə eynilik təşkil etməsinin məmnunluq doğurduğunu vurğulayıb.

Müşahidə Şurasının sədri bildirib ki, SOCAR qlobal enerji şirkəti kimi, “Yaşıl enerji”yə keçid və qabaqcıl texnologiyaların tətbiqi istiqamətində bundan sonra da əzmlə fəaliyyət göstərəcək. M. Cabbarov gələcəkdə SOCAR-ın “Global Lighthouse” şəbəkəsinin yüksək standartlarını əldə edən daha çox müəssisəsinin olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, STAR Neft Emalı Zavodu “Global Lighthouse” şəbəkəsinə müasir texnologiyaları tətbiq etməsi, bu sahəyə böyük sərmayələr yatırması və bu kimi digər önəmli amillər nəzərə alınmaqla daxil edilib.

Ən qabaqcıl texnologiyaların tətbiq edildiyi müəssisələrin yer aldığı bu şəbəkəyə 2019-cu ildə SOCAR-ın törəmə müəssisəsi olan “Petkim Holdinq”ə də daxil edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər