11 C
Baku
Sunday, May 19, 2024

Starbucks və Zara şirkətlərinin marketinq uğursuzluğu

Uzun illər boyu ard-arda uğurlu marketinq gedişləri edən Starbucks şirkəti “Collapse into coll” (Soyuğa qərq ol) məhsulu üçün heç də uğurlu olmayan gediş edir.

Belə ki, 2002-ci ilin yayında, 11 sentyabr hadisələrindən bir neçə ay sonra başlayan reklam kampaniyasının reklam lövhəsində ekiz qüllələri xatırladan iki qəhvə və təyyarəni xatırladan, həşərat təsvir edilmişdi. Və təbii ki, “collapse” sözü özlüyündə hər kəsin yadına həmin terror hadisəsini salırdı. Reklam kampaniyası əhali arasında elə də müsbət qarşılanmır və şirkət tez bir zamanda reklam lövhələrini yığışdırmalı olur.

2014-cü ildə məşhur ispan brendi Zara kütləvi sayda müştərilərin etirazına səbəb olmuş uşaq pijamalarını satışdan geri götürməli olur. Alıcılar belə hesab edirdilər ki, yaxasında sarı ulduz olan zolaqlı pijama almanların yəhudi düşərgələrindəki insanlar üçün hazırladıqları formanı xatırladır.

Sosial şəbəkə istifadəçiləri də həmçinin pijamanın üzərindəki 6 guşəli ulduz nasist Almaniyasında yəhudilərin geyməli olduqları formanı xatırladır. Zara nümayındələri isə öz növbəsində bilirmişdirlər ki, onlar pijamanın üzərindəki bu ulduzu “Vəhşi Qərb” polislərinin nişanlarından ilhamlanaraq yaratmışlar. Lakin həmin pijama modeli tezliklə Zara mağazalarından və şirkətin rəsmi saytından çıxarılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər