7 C
Baku
Thursday, December 12, 2024

“Starlink” peyk xidmətləri Azərbaycanda bu tarixdən aktivləşəcək

ABŞ-ın “SpaceX” şirkətinə məxsus “Starlink” peyk xidmətləri Azərbaycan ərazisində bu ilin IV rübündə – oktyabr-dekabr aylarında aktivləşəcək.

Bu barədə telekommunikasiya bazarındakı mənbədən məlumat verilib.

Xatırladaq ki, bu il oktyabrın 2-6-da Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi planlaşdırılır.

“Starlink” hələlik xidmətinin və avadanlıqlarının qiymətlərini açıqlamasa da, depozit məbləğini müəyyən edib. Belə ki, peyk xidmətlərindən istifadə etmək istəyənlər bunun üçün öncədən sifariş vermək üçün 9 ABŞ dolları (15.3 manat) ödəməli olacaqlar. Müştəri fikrini dəyişdiyi zaman “SpaceX” həmin məbləği geri qaytaracaq.

“Starlink” Azərbaycan ərazisində fəaliyyətə başlamağın tənzimləyicinin təsdiqindən asılı olduğunu qeyd edib və hər bir əhatə dairəsi daxilində sifarişləri “birinci gələnə birinci xidmət” prinsipi əsasında yerinə yetirəcəyini bəyan edib.

Mayın 9-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) “SpaceX” arasında “Starlink”in internet xidmətlərinin Azərbaycanda da əlçatan olması ilə bağlı müqavilə imzalanıb. Sənədə “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və “SpaceX”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) imza atıb. Razılaşmaya əsasən, Azərbaycan tərəfi şirkətin korporativ sahədə və gəmilərdə internet təchizatına dəstək verəcək.

Qonşu ölkələrə gəlincə isə “Starlink” Gürcüstanda isə bu ilin II rübündə aktiv olacaq. Ermənistan və Türkiyədə isə xidmətə qoşulmaq 2024-cü ildən mümkün olacaq. Rusiya və İran isə adıçəkilən qurumun fəaliyyət planlarına daxil deyil.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər