“Stellantis” yanğın riski səbəbindən 1,3 milyondan çox “Jeep” avtomobilini geri çağırır

“Stellantis” dünya üzrə 1,3 milyondan çox “Jeep” markalı yolsuzluq avtomobili və pikapı yanğın riski səbəbindən geri çağırır. Şirkət avtomobil sahiblərinə nəqliyyat vasitələrini binalardan və digər avtomobillərdən uzaqda park etməyi tövsiyə edib. Bu barədə şirkətin açıqlamasına istinadən “Reuters”  məlumat yayıb.

Geri çağırılma 2021–2025-ci il buraxılışlı “Jeep Wrangler” və “Jeep Gladiator” modellərinə şamil olunur.

Müəyyən edilib ki, bu avtomobillərdə elektrohidravlik sükan gücləndiricisinin nasosunun elektrik naqillərindəki birləşmədə nasazlıq mövcuddur. Bu problem həddindən artıq qızmaya səbəb ola və nəticədə avtomobildə yanğın baş verə bilər.

“Stellantis” bildirib ki, bu nasazlıqla əlaqədar artıq bir nəfərin xəsarət alması ilə nəticələnən hadisə qeydə alınıb.

Şirkətin məlumatına görə, geri çağırılma ABŞ-də təxminən 1,08 milyon, Kanadada 106 min, Meksikada 23 min və dünyanın digər bazarlarında ümumilikdə 125 minə yaxın avtomobili əhatə edir.

Avtomobillərin geri çağırılması prosesinin iyul ayından gec olmayaraq başlanacağı gözlənilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər