26 C
Baku
Wednesday, April 24, 2024

Stereotip – əsas düşmənimiz kimi…

Müasir dünyamız artıq stereotiplərlə və insanları məhdudlaşdıran çox saylı inanclarla o qədər dolmuşdur ki, insan onlardan “yaxasını qurtararaq” hər gün həyatının qiymətli və əvəzsiz günlərini necə boşa xərclədiyinin fərqinə varmır.

Belə bir eksperimentə nəzər salaq: Laboratoriyaların birində ətraf amillərin düşüncə prosesinə necə təsir etdiyini araşdırmaq məqsədilə bitlərlə belə bir eksperiment keçirilir.

Müəyyən sayda bitlərin üzərinə şəffaf banka keçirilir. Bitlər onun içərisində atılıb-düşməyə başlayır. Mkan dairəvi olduğundan onlar müəyyən dairə daxilində hərəkət edirdilər. Bir müddət keçdikdən sonra şüşə çox sakit şəkildə götürülür. Bitlər isə əvvəlki kimi, yəni bankanın çərçivələrindən çıxmayaraq hərəkət edirdilər. İndi siz də təsəvvür edin ki, bizlərin də üzərində nə qədər belə çərçivələr mövcuddur?!

Bu çərçivələr bizə şəxsi fikirlərimizin və şəxsi həyat qaydalarımızı təyin etməyə mane olur.

Daim ətrafdan “Bu mümkün deyil!”, “Bunu bacarmazsan”, “Bu sənə uyğun deyil” ifadələrini eşidirik. Hər hansı bir yeniliyə can atmaq, nə isə yeni bir şey yaratmağa cəhd edərkən “Bundan əl çək, sənlik deyil” eşidirik. Buna əsas səbəb isə insanların ətrafda baş verənləri müxtəlif şəkildə dərk, qəbul və təsəvvür etmələrindədir. Sözügedən bu problemlə üzləşdikdə insanlara hər bir kəsin şəxsi məlumat filtrinin olduğunu deyin.

Bu filtrlər isə bunlardır:

  • Audial
  • Kinestetik
  • Visual

Bu filtrlər hər kəsdə eyni olsa da, məlumatı fərqli şəkildə “ələkdən keçirir”. İnsan təbiəti bu formada qurulub. Hər kəs individual və unikaldır. Öyrənməli olduğumuz tək şey düşüncəmizi stereotiplərdən, gərəksiz inanclardan azad etməkdir. Digər insanların nəzər-nöqtəsini anlamağa çaışmaq lazımdır. Sonda bir şeyi unutmayın ki, təsəvvür və xəyal etdiyiniz demək olar ki, hər şeyi real həyatda da əldə edə bilərsiniz!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər