6 C
Baku
Sunday, December 15, 2024

Stevenson: Romanın süqut etməsi təəccüblü olaraq valyutasının zəifləməsi ilə üst-üstə düşdü

Tarixçilər və analitiklər böyük güclərin eniş-yoxuşlarında pul və vergi siyasətinin əsas fundamental əhəmiyyətini gözardı edirlər.

Onlar kütləvi şəkildə strategiyalar, iqtisadi potensialın böyüdülməsi və ya azaldılması, silah, diplomatik saxtakarlıq və s. mövzusunda kitablar nəşr edirlər. Üstəlik, pul və vergilərin millətin taleyində oynadığı rolu nadir halda tədqiq edirlər.

Bu gün Ağ ev Rusiya, Çin və İran tərəfindən antiamerikan hərəkətlərə qarşı durma zəruriliyinə diqqət yetirsə də, pul və vergilərlə bağlı aşağıdakı həqiqətləri heç vaxt unutmayın.

Əgər ABŞ dünyada əmin-amanlığın keşikçisi rolunu oynamaq istəyirsə, sabit dollara və aşağı faiz dərəcəli vergi sisteminə sahib olmalıdır. Bu, yeniliyin və iqtisadi gücün artmasına gətirib çıxaracaqdır.

Romanın süqut etməsi təəccüblü olaraq valyutasının zəifləməsi ilə üst-üstə düşdü.

Avropa xəritəsində kiçik bir ləkə kimi görünən Hollandiya, Habsburg monarxiyasının zülmündən demək olar ki, qurtulub. Ölkə sabit valyuta və aşağı dərəcəli vergi sisteminə söykənərək müasir dövrdə dünyanın maliyyə mərkəzlərindən birinə çevrilib.

Bir vaxtlar kiçik bir dövlət olan İngiltərə Hollandiyanın izi ilə gedərək müsbət nəticələr əldə etdi – sənaye inqilabı və dünyanın ən böyük imperiyasına çevrilməsi. Unutmayaq ki, bu, İngiltərəyə çox baha başa gəldi, əsas səbəb isə ölkənin vergi sisteminə biganə yanaşması oldu.

ABŞ Londonun təcrübəsini nəzərə alaraq, pul və vergi siyasətinə qarşı daha diqqətcil olmağa çalışdı və hər şey yaxşı idi. 1970-ci illərdə “qızıl standartı” dan imtina etdikdən sonra isə artım tempi 25%-dan çox azaldı.

1970-ci və 1980-cı illərin əvvəllərində dəhşətli inflyasiya və depressiya dövrü olmuşdur. Bu dövrlərin iksində də ABŞ-ın nüfuzu və gücü kəskin şəkildə aşağı düşdü. İnanmaq nə qədər çətin olsa da, 1970-ci illərdə ölümünün astanasında olan SSRİ hakim qüvvə hesab olunurdu.

2000-ci illərin əvvəllərində biz dolların zəifləməsinə imkan verdikdə yenidən azğınlığa getdik. 2008-2009-cu illərdəki böhranın Çin və Rusiyadakı azad bazarların nüfuzuna və dünyada “düşünənlər” və “təbliğçilər” arasında əkdiyi mənfi ideyaların vurduğu zərərləri də unutmamalıyıq. Pekin və Moskva, qısamüddətli güclənmə dövrləri ilə kəsilən geri dönməz bir tənəzzüldə olduğumuzu başa düşdülər. İqtisadçılar uzunmüddətli durğunluğa məhkum olduğumuzu açıqladılar. Əslində, hər şeyin günahkarı hökumətlər idi, lakin biz azad bazarları günahlandırdıq.

Vergi və pul siyasətinin əhəmiyyətinə şübhə ilə yanaşan insanlar, pul məsələləri üzrə ən böyük mütəxəssislərdən biri Nathan Lewis-in “Sehrli formul” kitabını oxumalıdırlar.

 

 

 

Son xəbərlər
Digər xəbərlər