11 C
Baku
Wednesday, December 11, 2024

Stiv Cobsun həyat qaydaları

1955-ci ilin 24 fevralı Apple tarixində mühüm bir tarixdir. Məhz həmin gündə Apple şirkətinin banisi anadan olub. Əgər Stiv Cobs uzun sürən xəstəlikdən vəfat etməsəydi, onun 59 yaşı olacaqdı. 

Biz sizə bu məqalədə dövrümüzün qəhramanı – Stiv Cobsun həyat qaydalarını təqdim edirik.

«Bəli, mən narkotiklərdən istifadə etmişəm. Və mən bunu heç vaxt utanmamışam. Bəzən küçədə mənə bir sıra insanlar yaxınlaşır: bəziləri məndən pul istəyir, digərləri isə Iphone kimi məhsul yaratdığıma  görə mənə təşəkkür edirlər. Biz başqalarının becərdiyi yeməkləri yeyirik, başqalarının tikdikləri geyimləri geyinirik. Başqalarının fikirləşdikləri dillərdə danışırıq.

Məncə, bizim də bəşəriyyətə faydalı olmağımızın vaxtı gəlib çatıb.

Nailiyyətləriniz haqqında tez- tez danışın. Əlbəttə ki, özündən razı olmaq və insanları bezdirmək lazım deyil.

Mən bir ildə dörddə bir milyard itirməyin nə olduğunu bilirəm. Bu mənim mənliyimin formallaşmasına çox təsir etmişdi.

Televizor insanları küt edir və onların vaxtını alır. Söndürün televizoru və siz beyninizin bir neçə hüceyrələrini qorumuş olacaqsınız. Lakin ehtiyyatlı olun, Apple kompüteri qarşısında da kütləşmək olar.

Vaxt var idi, mən dostlarımın mənzillərində döşəmədə yatırdım və şüşə qablarını təfil verərək özümə vegeterian burgeri alırdım. Bugünkü gündə, bir neçə milyard dollarlıq şəxsi mülkiyyətim və səhmlərim olduqdan sonra mənim məişət həyatım dəyişib. Lakin and içirəm ki, mən özüm dəyişməmişəm.

Əgər siz batan sənaye ilə bağlısınızsa, işinizi itirməmişdən qabaq o işi tərk edin. Məqsədin olması bizim həyatımıza rəng və zövq qatır.

Əgər mənə Apple və Pixar arasında seçim etməyi təklif etsəydilər, mən keçmişə qayıtmağı və hər ikisinə sahib olmağı seçərdim.

Bir dəfə belə olsa geri çəkilməyən və səhv etməyən uğurlu insan deyə bir anlayış yoxdur.

Uğurlu insanlar səhv edirlər, lakin daha sonra həmin səhvlərdən nəticə çıxararaq öz planlarını dəyişirlər. Mən də həmin insanlardan biriyəm.

Microsoft öz məhsullarını yaratmağa və inkişaf etdirməyə milyonlarla pul sərf edib, lakin onların bütün məhsulları Apple-in nüsxələrinə bənzəyir. Öz əhvalımı qaldırmaq istəyəndə mən həmişə bu faktı yadıma salıram.

Böyük bir iş görməyin yeganə üsulu var – həmin işi sevmək. Əgər siz görəcəyiniz işi sevmirsinizsə, bir az gözləyin, tələsməyin.

Yaxın zamanda öləcəyim haqqında fakt mənə həyatda ən çətin qərarları qəbul etməyə kömək edən ən vacib alətdir.

Mən bir insanı işdən azad edə, daha sonra isə ona zəng edib onunla hansısa layihəni müzakirə edə və yaxud onu yenidən işə qəbul edə bilərəm.

Keçmiş məni maraqlandırmır. Vacib olan bugünkü gündür.

Əgər mənim keçmişə qayıtmaq imkanım olsaydı, mən 25 yaşıma qayıdar və özümə deyərdim: «Mənasız müsahibələrə razılaşma. Sənin fəlsəfə ilə məşğul olmağa vaxtın yoxdur!».

Son xəbərlər
Digər xəbərlər

3 ŞƏRH

Comments are closed.