8 C
Baku
Friday, December 13, 2024

Stiv Rotşteynin ömürlük limitsiz aviabileti – Hekayə

1980-ci illərin əvvəllərində “American Airlines” aviaşirkəti səyahətçilər üçün xüsusi kampaniyaya başlatdı – limitsiz AAirpass biletini yaratdı. Dünyanı tez-tez gəzən Stiven Rotşteyn özünə belə bir ömürlük bileti 250 min dollara aldı. Bilet müştəriyə aviaşirkətin təyyarələri ilə dünyanın istənilən nöqtəsinə məhdudiyyətsiz birinci sinifdə uçmağa imkan verirdi.

Rotşteyn o qədər tez-tez uçurdu ki, qısa zamanda ödədiyi pulu doğrultdu. O, səhər başqa ölkəyə uçub axşam qayıda bilərdi. Rotşteyn ilə birlikdə yaşayan qohumlar onun həmin gün harasa uçduğunun fərqinə belə varmırdı. Bu, 20 il davam etdi.

2008-ci ildə Çikaqodan Bosniyaya bilet bron etmək istəyərkən “American Airlines” Rotşteynə onun bonus kartının müddətinin bitdiyini bildirdi. Rotşteyn şoka düşdü. O, müqavilənin şərtlərinə görə kartı qaytarmaq ümidi ilə şirkəti məhkəməyə verdi, lakin məhkəmə aviaşirkətin tərəfini tutdu.

Məlumdur ki, belə bonus biletini alan müştərilərə görə şirkət bir neçə il ərzində 66 milyon dollar mənfəət itirib. Rotşteyn tərəfindən həyata keçirilən uçuşların ümumi dəyəri 21 milyon dollar olub. Limitsiz biletdən istifadə zamanı o, 10 minə yaxın uçuş həyata keçirib. Qeyd edək ki, AAirpass kartları artıq satışda yoxdur.

Son xəbərlər
Digər xəbərlər