2 C
Baku
Sunday, December 15, 2024

Stokholmdan Təl-Əvivə uçan “Boeing 737 Max 8” təyyarəsi geri qaytarılıb

Stokholmdan Təl-Əvivə uçuş həyata keçirən “Norvegian” aviaşirkətinə məxsus “Boeing 737 Max 8” tipli təyyarə havada olarkən geri qaytarılaraq İsveç paytaxtına eniş edib.

İsveç mətbuatına istinadən, yerli vaxtla saat 17:00 radələrində Stokholma qayıdan təyyarədə hər hansı problem qeydə alınmayıb. Buna baxmayaraq, “Norvegian” aviaşirkəti Efiopiyada baş vermiş təyyarə qəzasından sonra bu tipli təyyarələrin istifadəsini dayandırdığı üçün aviareys təxirə salınıb.

Xatırladaq ki, Əddis-Əbəbədən Nayrobiyə uçan “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da səhər saatlarında Efiopiyada qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son beş ayda bu tipli təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviaşirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər