16 C
Baku
Friday, May 10, 2024

Stoltenberq Çinə xəbərdarlıq edib

Çinin Rusiyaya yardımı böyük səhv olacaq və bunun kəskin nəticələri olacaq.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın XİN başçılarının iclasından sonra mətbuata açıqlamasında deyib.

O bildirib ki, NATO müttəfiqləri Çinin etdiklərini yaxından monitorinq edir: “Çindən Rusiyaya veriləcək dəstək böyük səhv olacaq və bunun dərin təsirləri, kəskin nəticələri olacaq”.

Stoltenberq eyni zamanda, əlavə edib ki, indiyə qədər Çinin Rusiyaya hərbi yardımı qeydə alınmayıb: “Ancaq Çin indiyə qədər Rusiyanın Ukraynada törətdiklərini, bu qanlı müharibəni pisləməyib. Biz Çin və Rusiyanın daha da yaxınlaşdığını görürük, onlar müharibədən qabaq tərəfdaşlıq sazişi imzaladı. Çin Rusiyanın iqtisadiyyatına yardım edir”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər