Sumqayıt Texnologiya Parkı (STP) nizamnamə kapitalın 225 mln. 870,3 min manat ($132,8 mln.) səviyyəsində müəyyən edib. Azərbaycanın iri sənaye konqlomeratı buna qədər simvolik səhmdar kapitalına malik idi.
STP 2012-ci ildə “Azenco”ASC-nin ayrılması nəticəsində təsis edilib. Şirkətin təsisçisi “AZENCO Group” MMC-dir. Müəssisəyə 12 zavod (kabel, polimer məhsulları, tikinti armaturu, elektrik avadanlıqlar, sendvic-panel, alümin və mis profillər, texniki qaz və s. istehsl edn zavodlar) və 30-dan çox istehsal sahələri daxildir.
Burada 2000-ə yaxın işçi çalışır.