11 C
Baku
Monday, November 25, 2024

Strasburq Universiteti və UFAZ arasında Anlaşma Memorandumu imzalanacaq

Strasburq Universiteti və UFAZ arasında Anlaşma Memorandumu imzalanacaq.

Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Səfirliyin məlumatına görə, yanvarın 15-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Total E&P Absheron şirkəti – Strasburq Universiteti (Unistra)- UFAZ və Paşa Bank ASC-Strasburq Universiteti (Unistra) – UFAZ arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirməsi çərçivəsində rəsmi Anlaşma Memorandumu imzalanacaq.

Görüşdə eyni zamanda Total E&P Absheron şirkəti ilə Fransa səfirliyi arasında da rəsmi Anlaşma Memorandumu imzalanacaq.

Sənədləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Total E&P Absheron şirkətinin prezidenti Regis Agut və PAŞA Bank ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov imzalayacaq.

Qeyd edək ki, 2019-cu il iyulun 17-də Total Fransa ofisinin Ümumi Təhsil İnkişafı üzrə direktoru Jan-Klod Heidmann və Beynəlxalq Proqramlar üzrə koordinatoru Christelle Lavalou UFAZ-da olub. UFAZ rəhbərliyi ilə görüşən nümayəndələr Total şirkətinin hər il Fransadakı magistr proqramları üçün nəzərdə tutduğu təqaüd imkanları haqqında danışıb. Hazırda UFAZ tələbələri də təqaüd üçün keçirilən müsabiqədə öz iştirakını aktiv şəkildə davam etdirir.

©APA

Son xəbərlər
Digər xəbərlər