-1 C
Baku
Friday, February 21, 2025

“Strategy” 2024-cü ildə bitkoin portfelini iki dəfə artırıb

Amerikalı proqram təminatı istehsalçısı “Strategy Inc.” (keçmiş “MicroStrategy Inc.”) 2024-cü ildə bitkoin portfelini iki dəfədən çox artırıb. Şirkətin illik hesabatına görə, o, 2023-cü ilin sonunda 189.150 min bitkoinə qarşı ilin sonunda 447.470 min bitkoin sahibdir.

Şirkət ötən il bitkoinlərin alınmasına 22.1 milyard dollar xərcləyib, kriptovalyutanın orta alış qiyməti isə 85 447 dollar olub.

2025-ci ilin əvvəlindən şirkət orta alış qiyməti 101.232 min dollar olmaqla cəmi 3.2 milyard dollar dəyərində 31.27 min bitkoin alıb. Son 12 ayda şirkətin səhmlərinin qiyməti təxminən 5 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər