“Strategy” şirkəti əlavə olaraq 130 BTC aldığını açıqlayıb. Bildirilir ki, alışın dəyəri 11,7 milyon dollar olaraq qiymətləndirilir — bir bitkoin üçün 89 960 dollar ödənilib. 30 oktyabr tarixinə olan məlumata görə, şirkətin ümumi ehtiyatı 650 000 BTC təşkil edir. Bu bitkoinlər ümumilikdə 48,38 milyard dollara alınıb və orta alış qiymət təxminən 74 436 dollar olub.
Eyni zamanda “Strategy” şirkəti qarşıdakı 21 ay ərzində borc öhdəlikləri üzrə ödənişləri təmin etmək üçün 1,4 mlrd dollarlıq ehtiyat fondu yaratdığını elan edib.






