18 C
Baku
Monday, October 20, 2025

“Strategy” $8,8 milyon dəyərində bitkoin alıb

Maykl Seylorun rəhbərlik etdiyi “Strategy” (əvvəlki “MicroStrategy”) şirkəti 13–20 oktyabr tarixləri arasında ümumi dəyəri 18,8 milyon dollar olan 168 BTC alıb. Hər bir bitkoinin orta alış qiyməti 112 051 dollar təşkil edib.

20 oktyabr tarixinə olan məlumata görə, şirkətin balansında 2020-ci ildən bəri alınmış, ümumi dəyəri təxminən 47,40 milyard dollar olan 640 418 BTC var. Bu bitkoinlərin orta alış qiyməti 74 010 dollar olub.

Oktyabr ayında “Strategy” alışları imtiyazlı səhm buraxılışı vasitəsilə maliyyələşdirir və sentyabrda olduğu kimi adi MSTR səhmlərinin yeni emissiyasını həyata keçirmir. MSTR səhmləri hazırda iyul ayındakı maksimum səviyyədən 32% aşağı qiymətlərlə ticarət olunur.

Son xəbərlər
Digər xəbərlər