“Strategy” (keçmiş “MicroStrategy”) 1–7 dekabr tarixləri arasında orta alış qiyməti 1 bitkoin üçün 90 615 dollar olmaqla 10 624 bitkoini 962,7 milyon dollara aldığını bildirib.
7 dekabr tarixinə olan məlumata görə, “Strategy”nin balansında 660 624 bitkoin (ümumi emissiyanın 3%-i) var. Şirkət bu bitkoinləri 2020-ci ildən bəri təxminən 43,35 milyard dollara əldə edib. Orta alış qiyməti 1 BTC üçün 74 696 dollardır.
Budəfəki alış üçün vəsait STRD imtiyazlı səhmlərinin, həmçinin MSTR adi səhmlərinin buraxılması hesabına cəlb olunub.







