Strateji mövqeləndirmə nədir?

Şirkətin fərqliliyi qorumaqla, dayanıqlı rəqabətcil üstünlük əldə etməsi strateji
mövqeləndirmə adlanır. Üç əsas prinsipi var:

1. Strategiya fərqli fəaliyyətlər sayəsində özünəməxsus mövqe yaradılmasıdır. Strateji mövqe üç fərqli mənbədən əmələ gəlir;

Çoxsaylı müştərilərin azsaylı ehtiyyacına xidmət göstərmək (“X” şirkət yalnız şirniyyat istehsal edir və bunun sayəsində çox böyük gəlir qazanır, genişlənir).

Azsaylı müştərinin çoxsaylı ehtiyyacına xidmət göstərmək (“X” brendi yalnız çox imkanlı müştərilər üçün müxtəlif çeşidli fashion məhsulları istehsal edir).

Kiçik bazarda çoxsaylı müştərilərin çoxsaylı ehtiyyacına xidmət göstərmək (“X” kinoteatr şəbəkəsi yalnız əhalisi 200 mindən az olan şəhərlərdə fəaliyyət göstərir).

2. Strategiya rəqabətdə qurban verməyi, nəyi etməmək lazım olduğunu seçməyi tələb edir. Bəzi rəqabətcil fəaliyyətlər bir-biri ilə uyğun gəlmir, buna görə də bu sahədəki uğurlar digərindəki itkilər bahasına əldə olunur.

“Neutrogena” şirkəti istehsal etdiyi sabunu təmizləyici kimi yox, tibbi məhsul kimi mövqeləndirir. Şirkət dezodorant satışından, kütləvi istehsaldan və istehsaldakı səmərəlilikdən imtina edir. “Mytag” şirkəti isə məhsul xəttini genişləndirməyə və başqa
brendləri almağa qərar verib. Bu da qurban verə bilmədiyini göstərir. Onun dövriyyəsindəki artım mənfəətinin azalması bahasına əldə olunub.

3. Strategiya formalaşdırmaq üçün şirkətin fəaliyyətləri arasında “uyğunluq” yaradılmalıdır. Uyğunluq şirkətin fəaliyyətlərinin qarşılıqlı əlaqədə olması və bir-birini gücləndirməsidir. “Vangaurd” şirkəti bütün fəaliyyətlərini aşağı xərc strategiyası ilə uyğunlaşdırır; fondları istehlakçılarla əlaqələndirir və porfel dövriyyəsini minimallaşdırır. Uyğunluq həm rəqabətcil üstünlüyə, həm də dayanıqlılığa təkan verir. Fəaliyyətlər bir-birini gücləndirəndə rəqiblərin onları imitasiya etməsi çətinləşir. “Continent lite” aviaşirkəti “Southwest”in bütün sistemini deyil, bir neçə fəaliyyətini təkrarlamağa çalışanda ağır nəticələrlə üzləşmişdir.

İşçilərə strateji mövqeni genişləndirmək və ya güzəştlər etməkdənsə, necə dərinləşdirəcəkləri ilə bağlı yol göstərmək lazımdır. Şirkətin özünəməxsusluğunu genişləndirərkən fəaliyyətlərin uyğunluğunu da gücləndirmək vacibdir.

Hansı müştəri qrupunu hədəf götürməyə və hansı ehtiyyaclara xidmət etməyə
qərar vermək, güclü intizam yaradılmasını, məhdudiyyətlər qoyulmasını,
birbaşa kommunikasiyasının təşkili tələb edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.