2 C
Baku
Saturday, December 14, 2024

Strateji planlama üzrə Menecer – Nurgun Holding

Strateji planlama üzrə Menecer

Əmək haqqı: 800-1200 AZN

İş barədə məlumat:

• Şirkətdə strateji iqtisadi planlaşdırma üzrə işləri yerinə yetirir,
• Şirkətin istehsal-təsərrüfat və sosial inkişafının perspektiv və illik planlaşdırılması üçün ilkin məlumatları hazırlayır,
• Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq strateji planlaşdırmanı həyata keçirir,
• Planlaşdırmanın nəticələrini struktur vahidlərinin nəzərinə çatdırır,
• Planın müvafiq bölmələrinə bazar konyukturu, rəqabət və s. nəticəsində səbəb olmuş dəyişiklikləri vaxtında edir,
• Öz səlahiyyətləri həddində firma və təşkilatlarla əməkdaşlığı təşkil edir,
• Şirkəti maraqlandıran firma və təşkilatlar haqqında məlumat yığır və təhlil edir,
• Gündəlik işin nəticələrini təhlil edir,
• Satışın stimullaşdırılması sahəsində mütərəqqi təcrübəni öyrənir və ümumiləşdirir.

Tələblər:

• Ali təhsil (Maliyyə və iqtisadiyyat sahəsində)
• Analitik bacarıq,
• Sürücülük vəsiqəsi,
• İngilis dili bilikləri (ən azı “intermediate” səviyyəsi)
• Şirkətdə planlaşdırma işinin təşkilini,
• Biznes-planların hazırlanma qaydalarını,
• Malın maya dəyərinin, maddi və əmək xərclərinin, topdansatış və pərakəndə qiymətlərinin müəyyən edilməsi qaydalarını,
• Şirkətin və onun törəmə müəssisələrinin fəaliyyətinin istehsal-təsərrüfat göstəricilərinin analizi metodlarını,
• Hesabatların tərtib edilməsi qaydalarını və s.

CV göndərərkən mövzu qismində “Strateji planlama üzrə Menecer” sözünün yazılması mütləqdir.

E-mail: [email protected]

Son xəbərlər
Digər xəbərlər