15 C
Baku
Sunday, May 5, 2024

Stressdən xilas olmağın ən yaxşı üsulu nədir?

Oxford universitetinin alimlərinin gəldiyi qənaətə görə, narahatlıq, nigarançılıq və stressdən xilas olmağın ən yaxşı üsulu kitab oxumaqdır. Belə ki, bu fəaliyyət orqanizmə daha sürətli təsir göstərir. Nə qədər təəccüblü təsir bağışlasa da, kitab oxumaq spirtli içki qəbul etmək, təmiz havada gəzmək və musiqi dinləməkdən daha yaxşı üsuldur. 

Aparılan eksperiment gedişində iştirakçılara ilk olaraq stress yaradan məşğuliyyət və testlər təqdim edilir. Bundan sonra isə eksperiment iştirakçılarına kitab oxumaq təklif edilir.

Kitab oxuyan insanların beyninin maqnit-rezonans müayinəsi sübut edir ki, qoxu, müxtəlif landşaft və yaxud dadlar haqqında kitab oxuyan insanların beynində həmin bu sahələrin qəbulu üçün beyin hissələri aktivləşmişdir. Bu effekt isə öz növbəsində televizora baxdıqda və yaxud hər hansı oyun oynadıqda özünü doğrultmur və itir.

Araşdırma prosesində belə məlum olur ki, kitab oxumaq stress səviyyəsini 68% azaldır. Əzələlərin dincəlməsi və nəbzin normallaşması üçün cəmi 6 dəqiqə kifayətdir. Bundan əlavə, musiqi dinləmək stressi 61%, bir fincan çay və yaxud qəhvə 54%, təmiz havada gəzmək isə cəmi 42% azaltmışdır. Kitab seçimi isə üsulun effektivliyinə təsir etmir. Stressdən xilas olmaz üçün demək olar ki, istənilən kitab yararlıdır. Yetər ki, oxuduğunuz mətnin məğzini dərk edəsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər