Fintex xidməti Stripe süni intellekt modellərinin aqreqatoru OpenRouter-i 7 milyard dollardan artıq məbləğə satın almaq üzrə sövdələşməni tamamlayıb. Bloomberg bu barədə mənbələrə istinadən yazır. Şirkətlər satınalmanı hələ rəsmi olaraq elan etməyiblər.
Stripe ilə OpenRouter arasında danışıqlar barədə ilk dəfə 2026-cı ilin iyulunda The Wall Street Journal məlumat vermişdi. Həmin vaxt nəşrin bəzi mənbələri sövdələşmənin dəyərinin 10 milyard dollara qədər çata biləcəyini bildirirdi.
OpenRouter müxtəlif süni intellekt modellərinə vahid platformadan çıxış təqdim edən aqreqatordur. Şirkətin öz məlumatına görə, platforma Anthropic, Google, OpenAI, xAI və DeepSeek də daxil olmaqla 400-dən çox modelə API vasitəsilə çıxış imkanı verir. OpenRouter-in 8 milyon qeydiyyatdan keçmiş istifadəçisi var.
Şirkət özünü “süni intellekt üçün Stripe” kimi təqdim edir. Buna səbəb OpenRouter-in müştərilərə müxtəlif süni intellekt sistemlərinə “vahid giriş nöqtəsi” təqdim etməsidir.
OpenRouter 2023-cü ildə yaradılıb. Şirkət 2025-ci ilin iyununda 547 milyon dollar qiymətləndirmə ilə 40 milyon dollar investisiya cəlb edib. 2026-cı ilin mayında isə startap 1,3 milyard dollar qiymətləndirmə ilə daha 113 milyon dollar maliyyələşmə əldə edib.







