5 C
Baku
Saturday, December 14, 2024

Su fílteri satanlar niyə gecə yarı mal satmağa üstünlük verirlər?

Əslində gecə satmaq yenə də psixologiya ilə bağlıdır. Marketinqdə məhsul satışının bir hissəsi də oflayn satışdır. Azərbaycanda onlayn satış layiqli yerdə olmadığı üçün, məhsulun satışı oflayn formada həyata keçirilir. Əsas da, insanlara elə də vacib olmayan məhsuların.

Bunlardan biri də su filterləridir. Azərsuyun suyu nə qədər də, mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd etsə də, tələbata cavab verir, araşdırmalar göstərir ki, verilən sular içmək üçün 100 faiz yararlı deyil. Burda söhbət zəhərlənmədən getmir. İnsan bədəninə su ilə daxil olan kimyəvi maddələrdən gedir. Misal üçün Bakı şəhərinin mərkəzi hissələrdən biri olan Teymur Elçin küçəsində yerləşən mənzillərdən birində mən qonaq olan zamanı, ev sahibi Azərsuyun verdiyi suyu, bir başa bidonlara doldururdu. Sonra müəyyən vaxtdan sonra, suyun içindəki maddələr çökəndən sonra, onu qaynadıb içmək olurdu. Suyun gəlişinin təmiz olması 11:00-12:00 və ya 23:00-dan sonra bidonlara doldurub içmək üçün yararlı olurdu. Başqa vaxtlar sudan pis qoxu gəlirdi.

Mən hərbi xidmətdə olan zaman, əsgər olaraq kanaldan da su götürüb içmişik və bizə heçnə olmayıb. Çünki kanalın axar suyu, Bakıda verilən sudan daha təmiz olub və heç bir qoxu verməyib. Bunları nəzərə alaraq su filterləri satanlar öz biznesini daha da inkişaf etdirib, daha çox pul qazanmaq üçün bu metoddan istifadə edirlər. Gecə vaxt insan yorğun olur, bu səbəbdən fikirləşmək çətinləşir. Su filteri satanlar isə bu vaxtı kütləvi şəkildə evlərə hücum çəkirlər. Yəni ev yiyələrin narahat edirlər. Əzmlə öz istəklərini almayınca, ev sahibindən əl çəkmirlər. Əsasən də evdə qadın varsa, rahatlıqla istəklərinə çatırlar. Onların kütləvi şəkildə israrla su fīlterinin satması istəyi, marketinq siyasəti ilə bağlıdır.

Yəni bir nəfər xarici görkəmi xoş olan şəxs qapını döyür. Ev sahibi qapını açdıqda, şəxs ondan bir dəqiqələrini ayırmağını xahiş edir. Sonra evə kütləvi şəkildə daxil olmasını həyata keçirirlər. Çünki kütləvi şəkildə 1 və ya 2 nəfərə psixoloji təsir etmək asandı. Yorğun olan ev yiyəsi isə sabaha qalasın deməklə, artıq gələn şəxsdə məhsulun mənfi tərəflərini öyrənib, sabah alınmayacaq deyə, əl atırlar digər vasitələrə. Bəzən kişi evdə olduqda onun işə qoşulmamasını bildirirlər. Çünki kişilər qadınlara baxanda, fakta əsaslanmağı və bunun üçün təstiq edici suallara cavab almasını tələb edirlər. Yəni kişiyə psixoloji baxımdan təsir etmək çətindir. Digər vasitələr nədir? Mən bunu satmasam işsiz qalacam və mənim ailəm tək mənə baxır. Uşaqlarımı necə saxlayacam? Mən tələbəyəm, atam və anam imkansızdır, bu işlə kirayə pulumu, gündəlik xərclərimi və arada da anama öz xərclərini qarşılamaq üçün qazancımı bölüşürəm.  

Göründüyü kimi, su filterlərinin satılması yuxardakı faktorlarla bağlıdır.

 

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər