13 C
Baku
Friday, April 26, 2024

“Subaru” ilk elektrikli avtomobilini təqdim edib – Fotolar

Yaponiyanın “Subaru” şirkəti tarixində ilk elektrikli avtomobil olan “Solterra”nın onlayn təqdimatını keçirib.

Banker.az xəbər verir ki, “Solterra” adı latın dilində “sol” və “terra” sözlərindən əmələ gəlib, “günəş” və “torpaq” mənasını verir.

subaru solterra 6

Avtomobil elektromobillərin istehsalı üçün nəzərdə tutulmuş “e-SGP” platforması üzərində qurulub. Model ölçülərinə görə “Toyota RAV4” və ya “Subaru Forester” krossoverləri ilə müqayisə edilir: uzunluq – 4690 mm, en – 1860 mm, hündürlük – 1650 mm.

subaru solterra 7

“Subaru Solterra”nın ön təkərli versiyası 204 at gücündə elektrik mühərriklə təchiz olunub, avtomobil bir şarjla 530 km qət edir. Tam örtücülü modifikasiya 218 at gücünə malik elektrik mühərrik alıb və bir şarjla 460 km qət edir.

subaru solterra 2

Xatırladaq ki, 2021-ci ilin martında şirkət yenilənmiş “Subaru XV” krossoverini təqdim edib.

subaru solterra 4 subaru solterra 3

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər