9 C
Baku
Thursday, December 12, 2024

Subsidiyaları düzgün xərcləməyən fermerlər cərimələnəcək – Təklif

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimələrin təyin olunması nəzərdə tutulur.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 411.2-ci maddənin əlavə olunması təklif edilir.

Layihəyə əsasən fermer tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınması, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsi inzibati məsuliyyət yaradır.

Layihədə bildirilir ki, bu cür pozuntuya görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Subsidiyalar dövlət büdcəsindən müəyyən iqtisadi və sosial hədəflərə çatmaq məqsədiylə verilir.

Qeyd edək ki, sənəd Milli Məclisin aprelin 2-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər