Sudanın Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında uçuşlara qoyulan məhdudiyyətlərin iyulun 10-dək uzadılması barədə qərar qəbul edib.
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
İstisna humanitar məqsədlər üçün həyata keçirilən uçuşlar üçün olacaq.
Qeyd edək ki, bu ilin aprelin 22-də Sudanda yaranmış vəziyyətlə əlaqədar uçuşlara məhdudiyyətlər tətbiq edilib və o vaxtdan indiyədək dəfələrlə uzadılıb.
Sudanda vəziyyət ordu komandiri Əbdülfəttah əl-Burhan ilə Çevik Reaksiya Qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılıqları səbəbindən gərginləşib. Bu iki struktur arasında əsas mübahisə Sudanın vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və ordunun baş komandanı kimin olması ilə bağlıdır.
Sudan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, döyüşlər başlayandan indiyədək 3 mindən çox insan ölüb, azı 6 min nəfər yaralanıb.