-1 C
Baku
Sunday, December 15, 2024

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyü döşənir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir.

Məlumata görə, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yolun uzunluğu 39,7 kilometrdir.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. İnşa edilən yolun hərəkət hissəsi 14 metr təşkil edir.

Son xəbərlər
Digər xəbərlər